
“Sərhədçi” idman mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Apasport.az xəbər verir ki, pley-off ‘un 1/4 final mərhələsində, “Xəzri” və “Sərhədçi” komandaları arasında seriyanın 3-cü oyunu keçirilib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş “Xəzri”, yekunda 91-70 hesablı qələbə qazanıb. “Xəzri” seriyada ümumi hesabda 2-1 hesablı qələbə qazanaraq, yarımfinalda “NTD-İNDIQO”nun rəqibi olub.
Ən məhsuldar basketbolçular: “Xəzri” (Ceremi Maklaflin- 23 xal, 14 ribaund), “Sərhədçi” (Leon Cilmor – 18 xal, 3 ribaund).
“NTD-İNDİQO” və “Xəzri” komandalar arasında yarımfinal seriyasının ilk oyunu 8 may tarixində baş tutacaq.