Yığmamızın üzvü oynadı, “Hatayspor” xal qazandı
30.09.2023 - 20:24

“Hatayspor”un Türkiyə Superliqasında məğlubiyyətsiz seriyası davam edir.
Apasport.az-ın məlumatına görə, Renat Dadaşovun komandası 7-ci turda meydanı bir xalla tərk edib.
Yığmamazın üzvü “Sivasspor”la səfər matçında 60-cı dəqiqədə meydana daxil olub. Dadaşov komandasına kömık edə bilməyib və oyun 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “Hatayspor” 7 turdan sonra 11 xal toplayıb.
0
0