Yüksək Liqada II turun proqramı bəlli olub
05.12.2024 - 12:12

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, oyunlar 6-7 dekabrda keçiriləcək.
Dekabrın 6-da, saat 15:00-da "Azərreyl" - "Murov Az Terminal", 17:00-da "Abşeron" - UNEC görüşləri təşkil olunacaq.
Dekabrın 7-də, saat 15:00-da isə "Gəncə" - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq.
0
0