“Zirə” 3 futbolçusu ilə müqavilə müddətini uzadıb
09.06.2024 - 13:36

“Zirə” PFK 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlanılıb.
Bundan başqa ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovu isə komanda “Şamaxı”dan transfer edib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
0
0