“Zirə” baş məşqçisini göndərdi
29.12.2022 - 16:16

“Zirə”nin əvəzedici komandasının baş məşqçisi postunda dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
I divizionda çıxış edən “Zirə-2” baş məşqçisi Azər Məmmədovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
Qeyd edək ki, 14 turdan sonra 16 xala malik “Zirə-2” I divizionun turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
0
0