“Zirə” Çempionlar Liqasında üçüncü oldu
09.09.2023 - 22:28

“Zirə” mini futbol üzrə Çempionlar Liqasının bürünc medalını qazanıb.
Apasport.az-ın məlumatına görə, təmsilçimiz 3-cü yer uğrunda görüşdə qələbə qazanıb.
Komandamızın rəqibi yerli “AEK-Oradea” klubu olub. Ötənilki turnirin qalibi ilə qarşılaşmada “Zirə” 5:1 hesabı ilə qalib gəlib. “Qartallar”ın heyətində Mirkamil Əliyev, Bəxtiyar Soltanov, Rəvan Kərimov və Seymur Məmmədov (2) fərqləniblər.
Qeyd edək ki, turnirdə mübarizə digər təmsilçimiz “Birbaşa-Bakı” ¼ finalda mübarizəni dayandırıb.
0
0