“Zirə”də yeni müqavilə - braziliyalı hücumçu ilə
01.07.2022 - 10:05

“Zirə” Filip Paxtmannla bağlı qərarını verib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu braziliyalı hücumçu ilə yeni müqavilə bağlayıb.
Ukraynanın “Lvov” klubundan transfer edilən futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı Paxtmann ötən ilin yanvarından icarə əsasında “Zirə”də çıxış edirdi.
0
0