“Zirə”nin “Makkabi” ilə oyunlarının vaxtı bilindi
23.06.2022 - 16:14

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə keçirəcəyi oyunların başlama vaxtı bəlli olub.
Apasport.az saytının məlumatına görə, iyulun 21-də Bakıda keçiriləcək ilk görüş saat 20:00-da start götürəcək.
Bir həftə sonra - iyulun 28-də isə Təl-Əvivdə cavab görüşü olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə 21:30-da başlayacaq.
Qeyd edək ki, ilk oyun “Dalğa Arena”da, cavab matçı isə “Blumfild” stadionunda olacaq.
0
0