"Zirə"nin rəqibi təcrübəli futbolçusu ilə yollarını ayırdı
02.07.2024 - 16:54

"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" braziliyalı legioneri Rikardinyo ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2013-2016, 2017 və 2023-cü illərdə "Şerif"in formasını geyinən 34 yaşlı futbolçu bu komanda ilə 5 dəfə Moldova çempionluğunu, 3 dəfə isə ölkə kubokunu qazanıb.
0
0