3X3 üzrə basketbol millilərinin reytinq siyahısı yenilənib
24.08.2024 - 16:34

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, sıralamada dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan dünyada 16-cıdır. Yığmamızın hesabında 234,649 xal var.
Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 571,376. Niderland (477,797) ikinci, Fransa (448,052) üçüncüdür.
0
0