ABL: III tura yekun vurulur
03.11.2024 - 13:34

Bu gün Azərbaycan Basketbol Liqasının III turuna yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutacaq.
"Şəki" "Sumqayıt"la üz-üzə gələcək. "Sabah" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.
0
0