ABL: “Quba” səfərdən 3 xalla dönür
21.12.2024 - 16:06

Azərbaycan Basketbol Liqasının VIII turunda daha bir görüş keçirilib.
Apasport.az xəbər verir ki, B qrupunda "Lənkəran" "Quba"nı qəbul edib.
Görüş qonaqların 89:60 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu gün A qrupunda keçirilən "Sabah" - "Abeşron" qarşılaşması "bayquşlar"ın 94:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun dünən baş tutan “Neftçi” - NTD görüşündə isə "ağ-qaralar" qələbə qazanıb - 81:68.
0
0