ABL: VIII tura bir oyunla start veriləcək
20.12.2024 - 09:19

Azərbaycan Basketbol Liqasında VIII tura bu gün bir oyunla start veriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gələcək.
“Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Hazırda “Neftçi” qrupda 5-ci, NTD isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 8 xalı var.
Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.
0
0