"Vilyareal"ın yeni baş məşqçisi bəlli oldu
14.11.2023 - 10:01

Marselino Qarsiya "Vilyareal"ın baş məşqçisi vəzifəsinə qayıdıb.
Apasport.az xəbər verir ki, tərəflər 2026-ci ilin yayına qədər saziş imzalayıblar.
58 yaşlı ispaniyalı mütəxəssis 2013-2016-cı illərdə bu komandaya rəhbərlik edib. Komanda hazırda La Liqada 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, ispan klubunun bundan öncəki çalışdırıcısı Xose Roxo olub.
0
0