Bu gün Basketbol Liqasında final mərhələsinin ilk oyunu keçiriləcək
16.05.2024 - 09:17

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.
Qarşılaşma saat 19:30-da başlayacaq.
Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq. Üç qələbə qazanan komanda Azərbaycan çempionu adına sahib çıxacaq.
0
0