ilk dueli NTD-İndiqo qazanıb
15.05.2024 - 22:22

Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilib.
Apasport.az xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma 95:79 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.
Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.
Sabah final seriyasının ilk oyununda “Xəzri” və “Sabah” kollektivləri qarşılaşacaqlar.
0
0