Kişilərdən ibarət basketbol millimiz məğlub olub
23.08.2024 - 16:16

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız C qrupundakı ilk görüşündə Niderlandla üz-üzə gəlib.
Milli komanda bu qarşılaşmadan 9:21 hesabı ilə məğlub ayrılıb.
Seçməmizin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.
Qeyd edək ki, növbəti mərhələyə qruplarda ilk iki yeri tutan millilər yüksəlir.
- "Zirə" hücum xəttini braziliyalı ilə gücləndirəcək
- “Sürix”in müdafiəçisi “Qarabağ”la oyunu buraxacaq
- Daha bir İngiltərə klubu baş məşqçisini yola salmaq istəyir
- İmişlidə işıq sistemi oğurlandı - "İnanırıq ki, DİN əməkdaşları məsələni həll edəcək"
- "Aston Villa" 8 il sonra kubok oyununda qələbə qazandı
0
0