Lebron Ceymsdən daha bir tarixi uğur
07.12.2024 - 12:46

"Los Anceles Leykers"in oyunçusu Lebron Ceyms daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, Milli Basketbol Assosiasiyasında (NBA) 41000-ci xalını qazanıb.
Ulduz idmançı buna "Atlanta Hoks"a görüşdə (132:134) nail olub. Oyun ərzində 39 xal qazanan Lebron tarixi göstəriciyə çatmağı bacarıb.
0
0