
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Siyahını təqdim edirik:
Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.