Millimiz Avropa Kubokunda mübarizəni başa vurub
23.08.2024 - 19:56

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.
Apasport.az xəbər verir ki, yığma C qrupundakı ikinci matçında meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma seçməmizin 18:20 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, günün ilk matçında Niderlanda da uduzan (9:21) millimiz yarışla vidalaşıb.
0
0