Millimizdən Gürcüstanda 3 QƏLƏBƏ
21.03.2024 - 00:26

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığmasının Gürcüstanda təlim-məşq toplanışı davam edir.
Apasport.az xəbər verir ki, komanda 3 yoxlama oyununda qüvvəsini sınayıb.
Tahir Baxşıyevin rəhbərlik etdiyi milli gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlər keçir. Yığma qarşılaşdığı hər üç rəqibini məğlub edib. U-16 komandamız "Martive"yə 77:76, "Hyundai"yə 62:56, "Tbilisi Basket"ə isə 64:59 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 25-də başa çatacaq.
0
0