“Ordu” yoxlama matçı keçirəcək
14.11.2024 - 20:21

Azərbaycan Basketbol Liqasında yaranmış fasilədən istifadə edən “Ordu” klubu yoxlama matçı keçirəcək.
Apasport.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Komanda noyabrın 15-də “Sərhədçi” klubu ilə qarşılaşacaq. “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 20:30-da başlayacaq.
0
0