"Sabah" Litva klubunu məğlub etdi
04.09.2024 - 10:27

Azərbaycan çempionu “Sabah” Litvada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoldaşlıq görüşünü keçirib.
Apasport.az xəbər verir ki, “bayquşlar” yerli “Majeykyay” klubu ilə qarşılaşıb və 76:57 hesabı ilə qalib gəlib.
Bundan əvvəl Rimas Kurtinaitisin komandası Almaniyanın “Rostok Seavulvs”u (72:71) və Litvanın “Neptunas” klubunu (82:71) üstələmişdi.
Xatırladaq ki, "Sabah" Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edəcək. Həmin matçlara isə sentyabrıın 17-də start veriləcək.
0
0