"Sabah" Litvada qələbə qazanıb
26.08.2024 - 22:51

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" klubu Litvada ilk yoxlama matçına çıxıb.
Apasport.az xəbər verir ki, "bayquşlar" hazırlıq görüşündə Almaniyanın "Rostok Sivulvz" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 72:71.
Qeyd edək ki, paytaxt təmsilçisinin hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.
0
0