“Sabah” ölkə birinciliyinin bir addımlığında
24.05.2024 - 09:49

Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.
Apasport.az xəbər verir ki, final seriyasının dördüncü matçında "Sabah" "Xəzri"ni məğlub edəcəyi təqdirdə titula sahib çıxacaq.
Komanda ötən mövsümdə də Azərbaycan çempionu olub.
"Sabah" hazırda seriyada 2:1 (70:95, 94:63, 75:59) öndədir.
Qeyd edək ki, klublar üç qələbə qazanana qədər oynayırlar. "Xəzri" hesabı bərabərləşdirsə, beşinci qarşılaşma mayın 28-də reallaşacaq.
Azərbaycan Basketbol Liqası
Final seriyasının dördüncü oyunu
19:30. "Xəzri" - "Sabah"
Sərhədçi İdman Mərkəzi
- "Brayton" və "Mançester Yunayted" ingilis yarımmüdafiəçi ilə maraqlanır
- "Araz-Naxçıvan"ın futbolçusu "Sabah"a keçə bilər
- "Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB
- “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb
- Şpaqa və sablya üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
0
0