"Sabah"dan növbəti qələbə
30.11.2024 - 15:21

Azərbaycan Basketbol Liqasının IV turunda “Sabah” qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Bakı klubu A qrupunda evdə NTD ilə üz-üzə gəlib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan görüş Rimas Kurtinaytisin komandasının 110:86 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün IV turda daha bir matç keçiriləcək. B qrupunda "Sumqayıt" səfərdə "Quba"nın qonağı olacaq.
0
0