“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib
11.09.2024 - 18:49

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” komandası heyətinə daha bir basketbolçu qatıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi ABŞ-dan olan basketbolçu Marlon Teylorla anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Marlon Teylorun son klubu Yeni Zelandiya təmsilçisi “Vellinqton Saints” olub.
0
0