“Sumqayıt”da amerikalı basketbolçu
29.09.2024 - 14:45

"Sumqayıt" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, ötən mövsüm ABŞ-ın "North American University" klubunda çıxış edən Ceyson Klark "gənclik şəhəri" təmsilçisinə keçib.
197 sm boya malik basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sumqayıt" buna qədər Derrik Nyuton, Calen Houkins və Andrey Moteyunası heyətinə qatıb.
0
0