
8 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.
Apasport.az xəbər verir ki, pley-off 'un yarımfinal mərhələsində, "NTD-İNDİQO" və "Xəzri" komandaları seriyanın 1-ci oyununa çıxıblar. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda "Xəzri" nin 63-61 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Xəzri" seriyanın ümumi hesabında 1-0 önə keçib.
Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 15 xal, 10 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 20 xal, 12 ribaund).
Qeyd edək ki, "NTD-İNDİQO" və "Xəzri" komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 11 may tarixində baş tutacaq.
- Emin Mahmudov dünya çempionatında favoritini açıqladı
- "Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ
- Vaqif Cavadov: “Komandamdan razıyam”
- Ronaldo: “Fiqunun həyat yoldaşı kimi bir xanımım olsaydı, evdən çölə çıxmazdım”
- Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır