"Xırdalan" müntəzəm mövsümü 4-cü pillədə tamamlayıb
25.04.2024 - 22:20

25 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun ikinci oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Xırdalan" və "Cəlilabad" klublarının qarşılaşdığı oyun, xırdalanlıların 90-84 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Xırdalan" klubu müntəzəm mövsümü 4-cü pillədə tamamlayıb və pley-off 'da "Neftçi" nin rəqibi olub.
Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cakori Arçi- 25 xal, 18 ribaund), "Cəlilabad" (Levan Qoqaladze - 27 xal, 9 ribaund).
0
0