Argentina açılış matçında qələbə qazanıb
21.06.2024 - 09:17

Bu gecə futbol üzrə Amerika Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin açılış matçında son dünya çempionu Argentina millisi qələbə qazanıb.
Kanada millisi ilə qarşılaşan “tanqoçular” meydandan 2:0 qələbə ilə ayrılıblar.
Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
0
0