"Atalanta" tarixində ilk dəfə
10.05.2024 - 17:36

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atalanta” “Marsel”ə qalib gəlib (3:0).
Apasport.az xəbər verir ki, Marseldə keçirilən ilk oyunda komandalar 1:1 hesablı heç-heçə edib.
Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Atalanta” turnirin finalına yüksəlib. İtaliya klubu tarixində ilk dəfə avrokubokların həlledici turuna vəsiqə qazanıb. 1987/88 mövsümündə klub Kuboklar Kubokunun yarımfinalında çıxış etmişdi.
0
0