ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb
28.11.2024 - 10:16

Çempionlar Liqasında V turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Apasport.az xəbər verir ki, bu ada “Bayer”dən Florian Virts, PSV-dən Malik Tillman, “Atletiko”dan Yulian Alvares və “Atalanta”dan Mateo Retegi namizəd göstərilib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.
0
0