
İngiltərə yığması Qətərdə keçirilən dünya çempionatının II turunda ABŞ-la qolsuz bərabərə qalmasına baxmayaraq, 1/8 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib.
Apasport.az saytının məlumatına görə, yalnız bir ssenari britaniyalıların hədəfə çatmasının qarşısını ala bilər.
Son turun qrup mərhələsindəki İran - ABŞ görüşünün ingilislərin taleyinə heç bir təsiri olmayacaq. Çünki bu komandalardan yalnız biri Qaret Sautqeyti turnir cədvəlində qabaqlaya bilər. İngiltərə son turda Uelsə 4 və ya daha çox top fərqilə məğlub olmasa, pley-offa adlayacaq.
Qeyd edək i, mundialın reqlamentində bütün oyunlardakı top fərqi və vurulan qolların sayı şəxsi görüşlərdən üstün tutulur. B qrupunda növbəti turun görüşləri noyabrın 29-da olacaq.