“İnter” hücumçu axtarışında
15.06.2023 - 14:47

“Arsenal”ın futbolçusu Folarin Baloqun “İnter”in maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubunun nümayəndələri danışıqlar üçün Londona yollanıb.
Milanlılar 21 yaşlı hücumçunun keçidini bu yay həll etmək niyyətindədir. A seriyası təmsilçisi Baloqunu icarəyə götürməyi düşünür. “Arsenal” isə futbolçusunu 40 milyon avroya satmaq fikrindədir.
Qeyd edək ki, hücumçu ötən mövsümdə icarə əsasında “Reyms”də çıxış edib.
0
0