“Frayburq”un hücumçusu həftənin oyunçusu seçildi
01.12.2023 - 21:36

UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Frayburq"dan Mixel Qreqoriş layiq görülüb. O, "Molde"dən Kristian Eriksen, "Liverpul"da Kodi Qakpo və "Marsel"dən Pyer-Emerik Obameyanqı qabaqlayıb.
Qreqoriş ötən gecə "Olimpiakos"la matçda het-trik və bir məhsuldar ötürmə ilə yadda qalıb.
0
0