
FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, meydan sahibi statusunda olan "Əl-Əhli" (Misir) komandası Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Çempionlar Liqasının qalibi "Sietl Saunderers"i (ABŞ) 1:0 məğlub edərək UEFA Çempionlar Liqasının son qalibi "Real"a rəqib olub. Bu matç fevralın 8-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.
Afrika Çempionlar Liqasının qalibi "Vidad" (Mərakeş) Asiya Çempionlar Liqasının qalibi "Əl-Hilal" ilə (Səudiyyə Ərəbistanı) 1:1 oynasa da, penaltilərdə 3:5 uduzub. Beləliklə, "Əl-Hilal" fevralın 7-də Mərakeşin Tanjer şəhərində Libertadores Kubokunun son qalibi "Flamenqu" (Braziliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, final və 3-cü yer qarşılaşması fevralın 11-də keçiriləcək.