"Bavariya"da ciddi itki
10.04.2024 - 22:34

"Bavariya"nın hücumçusu Serj Qnabrinin "Arsenal"la matçda sol budunun arxa hissəsindəki əzələ lifi yırtılıb.
Apasport.az xəbər verir ki, futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu buraxmalı olacaq.
Onun ən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Xatırladaq ki, ötən gün keçirilən "Arsenal" - "Bavariya" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
0
0