
İngiltərə kubokunda 1/32 finalın oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Mançester Siti" öz meydanında "Çelsi" ilə qarşılaşıb.
"Şəhərlilər" rəqibi darmadağın edib – 4:0. Riyad Mahrez (23, 85), Xulian Alvares (30) və Fil Foden (38) fərqləniblər.
Bu qələbə ilə "Mançester Siti" 1/16 finala yüksəlib. "Şəhərlilər"in 1/16 finaldakı rəqibi sabah keçiriləcək "Oksford Yunayted" – "Arsenal" oyununun qalibi olacaq.
Qeyd edək ki, 2 gün əvvəl "Mançester Siti" və "Çelsi" İngiltərə Premyer Liqasının XIX turu çərçivəsində də qarşılaşmışdı. Londonda keçirilmiş həmin oyunda da "Mançester Siti" qalib gəlmişdi – 1:0.