“Mançester Yunayted”ə 90+9-cu dəqiqədə şok
05.05.2023 - 00:56

“Mançester Yunayted” üçüncü pilləyə yüksəlmək şansını qaçırıb.
Apasport.az xəbər verir ki, komanda səfərdə “Brayton”a uduzub.
Meydan sahibləri əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə fərqləniblər. Argentinalı Mak Allister penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, “Mancester Yunayted” 3-cü pillədə qərarlaşan “Nyukasl”dan iki xal geri qalır.
0
0