Mbappe üçün xüsusi tur
18.03.2024 - 23:20

Fransa Liqa 1-in 26-cı turunun matçında "Monpelye" doğma meydanda PSJ-yə 2:6 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, görüşdə qonaqların hücumçusu Kilian Mbappe het-trik edib. Bu, onun yerli çempionatda vurduğu qolların sayını 188-ə çatdırmağa və bu turnirdə bütün zamanların bombardiri siyahısında 8-ci yerə yüksəlməsinə səbəb olub. O, Fleuri Di Nallonu (187 qol) qabaqlayıb.
Qeyd edək ki, Fransa millisinin hücumçusu həm də Liqa 1-də PSJ-nin heyətində 200-cü oyununu keçirib.
0
0