Messi Argentina rekordu qırdı
13.12.2022 - 23:48

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin 1/4 finalında Xorvatiya ilə matçda penaltini dəqiq yerinə yetirməklə ölkə rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, 35 yaşlı argentinalı üçün bu, dünya çempionatlarında 11-ci qol olub.
Beləliklə, o, Qabriel Batistutanı qabaqlayıb.
Qeyd edək ki, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin dünya çempionatlarında vurduğu qol rekordunu təkrarlamaq üçün Lionel Messinin daha 5 qol vurması lazımdır.
0
0