
Qətərdə keçirilən DÇ-2022-də 1/8 final mərhələsi bu gün başa çatıb.
Apasport.az saytının məlumatına görə, mərhələnin son matçında Avropa təmsilçiləri üz-üzə gəlib.
Mundialın 17-ci gününün son duelində Portuqaliya ilə İsveçrə qarşılaşıb. Öz qrupunda iki qələbə qazandıqdan sonra 1/8 finala vəsiqəni təmin etmiş Kriştianu Ronaldo və komandası son turda uduzsa da, bu görüşün favoriti olduğunu vurduğu 6 qolla artıqlaması ilə sübut edib.
Qeyd edək ki, 1/4 final mərhələsi dekabrın 9-10-da keçiriləcək.
DÇ-2022
1/8 final
6 dekabr
23:00. Portuqaliya – İsveçrə - 6:1
Qol: Qonsalu Ramuş, 17, 51, 67. Pepe, 33. Rafael Qereyru, 55. Rafael Leau, 90+2 – Manuel Akanci, 58