Qonaqların üstünlüyü ilə keçən tur
13.08.2023 - 01:43

İspaniya La Liqasında 1-ci turun daha üç oyunu keçirilib.
Apasport.az-ın məlumatına görə, meydan sahibləri yenə də qələbə qazana bilməyiblər.
İlk iki oyunda qonaqlar üç xal qazanmışdılar. Növbəti üç qarşılaşmada isə iki heç-heçə və bir qələbə qeydə alınıb. Madrid “Real”ı səfərdə “Atletik”ə qalib gəlib. Komanda görüşün taleyini birinci hissədə həll edib. Rodriqo və yeni transfer Bellingem fərqləniblər.
İspaniya La Liqa
1-ci tur
12 avqust
“Real Sosyedad” – “Jirona” – 1:1
“Las Palmas” – “Malyorka” – 1:1
“Atletik” – “Real” – 0:2
0
0