Ronaldo Lüksemburqla matçda oynamayacaq
09.09.2023 - 10:28

Kriştiano Ronaldo AVRO-2024-ün növbəti turunda Portuqaliya milli komandasına kömək edə bilməyəcək.
Apasport.az saytı xəbər verir ki, buna kapitanın 1:0 hesabı ilə qalib gəldikləri Slovakiya ilə oyununda sarı vərəqə alması səbəb olub.
Bu, 38 yaşlı forvardın tsikldə aldığı 3-cü xəbərdarlıq olub və limit dolduğu üçün o, komandasının növbəti görüşünü buraxacaq.
Qeyd edək ki, Portuqaliya sentyabrın 11-də evdə Lüksemburqla oynayacaq.
0
0