Millimiz qitə çempionatını 2 bürünc medalla bitirib
26.04.2024 - 00:09

Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.
Apasport.az xəbər verir ki, yığmamıza ikinci mükafatı Alfonso Dominqes qazandırıb.
92 kq çəkidə çıxış edən boksçumuz yarımfinalda mübarizəni dayandırdığından 3-cü yeri tutub.
Ondan öncə Malik Həsənov (63,5 kq) da bürünc medala yiyələnib.
0
0