Yoviç İtaliya klubuna razılıq verdi
24.06.2022 - 13:29

“Real”ın futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu “Fiorentina”ya keçməyə razılıq verib.
Serbiya millisinin futbolçusu A seriyası təmsilçisində icarə əsasında çıxış edəcək. Onun keçidində yığmadakı komanda yoldaşı Nikola Milenkoviç rol oynayıb. O, Lukanı Florensiyada çiyin-çiyinə oynamağa razı salıb.
Qeyd edək ki, Yoviç 2019-cu ildə “Ayntraxt”dan “Real”a keçib.
0
0