Konqolu nazir Bakıda cüdo üzrə təlim-məşq mərkəzində olub
25.09.2024 - 13:35

Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
Qonaqlara təlim-məşq mərkəzində idmançılar üçün yaradılan müasir şərait, həmçinin ACF-nin ölkəmizdə cüdonun inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat verilib.
0
0