Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib
16.04.2024 - 22:00

Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.
0
0