
“Formula-1” üzrə Niderland Qran-Pirisinə yekun vurulub.
Apasport.az-ın məlumatına görə, Maks Ferstappen doğma publika önündə qələbə qazanıb.
Niderlandlı pilot bu mövsümdə ardıcıl 9-cu dəfə finiş xəttini birinci keçib. Bununla da, Ferstappen almaniyalı Sebastyan Fettelin 2013-cü ildəki uğurunu təkarlayıb. Ümumilikdə isə Maks mövsümdə 11 qələbə qazanıb. Onun çıxış etdiyi “Red Bull” isə dalbadal 14-cü dəfə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək, Maks 339 xalla sürücülərin yarışında birinci pillədə qərarlaışıb. Onu 201 xalla Serxio Peres (“Red Bull”) və 168 xalla Fernando Alonso (“Aston Martin”) izləyirlər.